2018-ci ildə ən çox barama tədarükünə görə Zərdab, qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birinci oldu

7 iyul tarixinə qədər "Azəripək" MMC tərəfindən 513,925 ton barama qəbul edilib və barama tədaükü yekunlaşıb. 
Şəkildə: Zərdab rayonunda yaş baramanın təhvil verilməsi (fotoşəkil AZƏRTAC-ındır). 
Rayonların nəticələri isə aşağıdakı kimidir:

Zərdab rayonunda ən çox - 53 ton 881 kq, barama tədarük edilmişdir. Qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birincidir. Cəbrayıl rayonunda 1 qutu qurd toxumundan orta hesabla 54,461 kq məhsul əldə edilib. Bəslənmək üçün ən çox qurd toxumu isə Şəki rayonuna verilmişdir: 1612 qutu. Respublika üzrə 1 qutudan orta hesabla 39,532 kq məhsul əldə edilmişdir ki, bu da əvvəlki illərin nəticələrindən bir qədər azdır. 

Ən aşağı məhsuldarlıq Astara rayonunda qeydə alınıb: bir qutudan orta hesabla 14,788 kq. Asağı məhsuldarlığa görə Astaradan sonra Saatlı (17,738 kq)Cəlilabad (22,557 kq), Hacıqabul (24,666 kq), İmişli (25,858 kq) və Şəki (29,893 kqgəlir. Məlumat üçün əlavə edək ki, ən az məhsuldarlıq qeydə alınmış Astara rayonu üzrə və məhsuldarlıq o qədər də  qənaətbəxş olmayan Şəki rayonu üzrə barama bəslənilməsi zamanı meydana çıxmış problemlər haqqında biz daha əvvəl məlumat yaymışıq  (Bax: Zay toxum, hələlik 400 tona yaxın barama qəbulu, "Şəki-İpək" ASC-nin ləğv olunması..., Astara rayonunda bəzi kümdarlar 1 qutu qurd toxumundan 80 kq məhsul əldə ediblər, amma...)

Məlumat üçün onu da əlavə edək ki, cari barama mövsümünün əvvəlində respublikanın 38 rayonu üzrə 13 min  qutu qurd toxumu paylanılmışdı (Şəki Regional Elmi Mərkəzi tərəfindən istehsal edilmiş 25 qutu qurd toxumunun hara paylanması barədə məlumat əldə edə bilmədik). Paylanılan 13 min qutu toxumun hamısı Çindən satın alınmışdır və hər qutuda 29 qram toxum olduğunu nəzərə alsaq, ümumi çəki 377 kq-a bərabər olmalı idi (Qurdlar diriləndən sonra, kümdarlara paylanma ərəfəsində bir qutuda cəmi 19 qram toxum qalır).  Mütəxəssislərin bildirdiklərinə görə yüksək keyfiyyətli qurd toxumunun 1 kq-nın dünya bazarında qiyməti 1 020 $ (1733,47 manat)  civarındadır. Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış "Mainline Enterprises" şirkətin meneceri Məhəmməd Muzammil "İpəkçi"yə bildirdi ki, onların ölkəsində də Azərbaycandakı kimi qurd toxumu kümdarlara dövlət tərəfindən pulsuz verilir, bir qutu toxum isə dövlətə 17 $-a (28,89  manata) başa gəlir.  Azərbaycan Respublikası Prezidentinin  İpəkçiliyin inkişafına dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı  tədbirlər haqqında 6 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən isə 2018-ci il üçün barama toxumlarının alınmasına 275 min manat (161 min 814  $) vəsait ayrılmışdır (qutuların sayına böldükdə, bir qutunun qiyməti orta hesabla 21,15 manata (12,44 $-a) bərabər olur;  2017-ci ildə isə 6 min qutu qurd toxumunun alınması üçün 163 min manat vəsait ayırıldığını nəzərə alsaq, həmin il bir qutunun qiyməti orta hesabla 27,16 manata (16 $-a)  bərabər olub). Bundan başqa, tədarük edilmiş 513,502 ton yaş barama üçün dövlət tərəfindən kümdarlara  2 567 510 mant subsidiya da verilməlidir...

Qeyd: Rayonlarda barama tədarükünün nəticələri ilə  bağlı "Azəripək" MMC-yə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsininə e-məktubla  müraciət etmişdik, ikinci qurum məktubumuza iki dəfə (1; 2.) qısa bir müddət ərzində cavab verdi.  Kənd Təsərrüfatı Nazirliyindən isə  İmran Cümşüdov rayonlara nə qədər qurd toxumu verilməsi ilə  bağlı sorğumuzu qısa müddət ərzində cavablandırdı. Həmçinin, ekspert qismində Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyevlə və Hindistanın ipəkçilik üzrə ixtisaslaşmış "Mainline Enterprises" şirkətin meneceri Məhəmməd Muzammil ilə də danışdıq, bəzi məsələlərlə bağlı bizi məlumatlandırdılar. Bu qurumlara və bu qurumların bizə yardımçı olmuş əməkdaşlarına təşəkkür edirik. 


AZƏRBAYCANDA  BARAMA TƏDARÜKÜ (07.07.2018)

38 öğe gösteriliyor
RayonBəslənmək üçün götürülmüş qurd toxumuTəhvil verilmiş yaş baramaBir qutudan orta hesabla
Sırala 
 
Sırala 
 
Sırala 
 
Sırala 
 
RayonBəslənmək üçün götürülmüş qurd toxumuTəhvil verilmiş yaş baramaBir qutudan orta hesabla
Zərdab 1300 qutu 53,881 ton 41,446 kq 
Şəki 1612 qutu 48,188 ton 29,893 kq 
Zaqatala 0988 qutu 48,105 ton 48,689 kq 
Füzuli 0832 qutu 37,569 ton 45,155 kq 
Ağcabədi 0780 qutu 37,146 ton 47,622 kq 
Balakən 0572 qutu 29,819 ton 52,131 kq 
Qax 0624 qutu 25,305 ton 40,552 kq 
Bərdə 0520 qutu 24,528 ton 47,169 kq 
Kürdəmir 0520 qutu 20,372 ton 39,176 kq 
Ağdam 0520 qutu 17,079 ton 32,844 kq 
Sabirabad 0338 qutu 14,127 ton 41,795 kq 
Şəmkir 0312 qutu 12,691 ton 40,676 kq 
Ucar 0312 qutu 12,564 ton 40,269 kq 
Göyçay 0312 qutu 12,500 ton 30,064 kq 
Ağdaş 0312 qutu 11,465 ton 36,746 kq 
Yevlax 0351 qutu 11,006 ton 31,356 kq 
Ağsu 0260 qutu 10,936 ton 42,061 kq 
Tərtər 0260 qutu 10,228 ton 39,338 kq 
İmişli 0390 qutu 10,085 ton 25,858 kq 
Goranboy 0260 qutu 09,808 ton 37,723 kq 
Tovuz 0260 qutu 09,757 ton 37,526 kq 
Qəbələ 0260 qutu 09,110 ton 35,038 kq 
Qazax 0130 qutu 06,287 ton 48,361 kq 
Oğuz 0156 qutu 05,188 ton 33,256 kq 
İsmayıllı 0130 qutu 03,900 ton 30,000 kq 
Ağstafa 0104 qutu 03,752 ton 36,076 kq 
Lənkəran 0078 qutu 03,705 ton 47,500 kq 
Masallı 0078 qutu 03,408 ton 43,692 kq 
Saatlı 0130 qutu 02,306 ton 17,738 kq 
Hacıqabul 0078 qutu 01,924 ton 24,666 kq 
Cəbrayıl 0026 qutu 01,416 ton 54,461 kq 
Cəlilabad 0052 qutu 01,173 ton 22,557 kq 
Laçın 0026 qutu 01,065 ton 40,965 kq 
Xocavənd 0026 qutu 01,048 ton 40,307 kq 
Astara 0052 qutu 00,769 ton 14,788 kq 
Xocalı 0013 qutu 00,637 ton 49,000 kq 
Qubadlı 0013 qutu 00,578 ton 44,461 kq 
Zəngilan 0013 qutu 00,500 ton 38,461 kq 
38 öğe gösteriliyor
Ċ
1.pdf
(72k)
Aydin Salis,
13 Tem 2018 08:00
Ĉ
2.xlsx
(13k)
Aydin Salis,
13 Tem 2018 07:55