Son əlavələr‎ > ‎

Bu barama mövsümündə Azərbaycanda biabırçı həddə – cəmi 7 ton, barama istehsal edildi!

13 Ağu 2012 14:18 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Bu isə ipəkçiliyin məhv olması deməkdir!

Müqayisə ucun əlavə edək ki Sovet dövründə 1 ildə 5 min ton barama istehsal edilmişdi və o vaxt Şəki İpək İstehsal Birliyində 7 min nəfər işləyirdi, indi isə təx. 500 nəfər. O vaxt Şəkidə 1 ildə toxunan parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər idi indi isə kəlağayıdan başqa demək olar ki heç nə toxunmur və barama olmasa onun da istehsalı təbii ki dayanacaqdır. Bu isə həm də azı 400 nəfərin də işsiz qalması deməkdir!

“Şəki-İpək” ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev bildirir ki, baramanı xaricdən də almaq mümkündür. Lakin bizə məlumdur ki, barama istehsalçısı olan ölkələr bir necə ildir ki baramanı strateji məhsul kimi qoruyurlar və xaricə satmırlar. Məhz bu səbəbdəndir ki, “Şəki-İpək” ASC duz 2 ildir ki xaricdən barama ala bilmir və şirkətin azı 300 nəfər işçisi olan Baramaaçan istehsalatı 2-ci ildir ki işləmir.

 
“İpəkçi” qəzeti, 17 iyul 2012, № 4 (2286)
Comments