Son əlavələr‎ > ‎

Şəki rayon sakini Rəhimə Novruzəliyeva da özünü yandıracağını deyir!

27 Ara 2013 13:14 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
Bir müddət öncə redaksiyamıza müraciət edərək prezident İlham Əliyevə müraciət edən Şəki rayon sakimi Rəhimə Novruzəliyeva, yenidən bizimlə əlaqə saxlayaraq özünü yandıracağını dedi.

Bu günə qədər 4 dəfə prezidentə müraciət etdiyini, lakin heç bir cavab ala bilmədiyini deyən Rəhimə xanım çarəni intihar etməkdə görür.

43 manat əlil pensiyası alan R.Novruzəliyeva, ƏƏSMN-nin 19 saylı Şəki Regional Sosial Müdafiə Mərkəzinin müdiri Məmməd Nəsibovun, onun üçün ayrılmış sosial yardımı mənimsədiyini deyir. 

Dekabr ayının pensiyasını ala bilməyən Rəhimə Novruzəliyeva ilk fürsətdə Bakıya gəlib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında özünü yandıracağını dedi.

Rəhimə xanım nazirliyə etdiyi bütün zənglərə, nazirliyin keçmiş əməkdaşı, nazir müavini İlqar Rəhimov tərəfindən cavab verildiyini və problemlərinin həll olunmadığını deyir.

Xatırladaq ki, bir neçə gün öncə Qarabağ qazisi Zaur Həsənov Həmkarlar İttifaqı qarşısında özünü yandırmışdı. Bu əhali arasında kifayət qədər böyük rezonansa səbəb oldu. Vətəndaşların problemlərini həll etmək dövlət qurumlarının və məmurların borcudur. 

İnanırıq ki, bu problem də daha bir nəfər özünü yandırmamış həllini tapacaq.
Orxan Yaquboğlu