Son əlavələr‎ > ‎

Aslan İsmayılov özünü yandırmış Zaur Həsənovun məhkəmə çəkişmələri ilə bağlı sənədləri yaydı

31 Ara 2013 01:23 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    Hüquqşünas Aslan İsmayılov öz Feysbuk səhifəsində  Zaur Həsənovun məhkəmə çəkişmələri ilə bağlı sənədləri yerləşdirmişdir.
     Kiçik formatda olan həmin 5 səhifəlik sənədi biz bu səhifəyə əlavə etdik (1>>  2>>  3>>  4>> 5 >> ) , yükləyə bilərsiniz.
    Yeri gəlmişkən Aslan İsmayılovun Feysbuk səhifəsi vasitəsilə ona bir sorğu da göndərdik ki, Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılmışdır, ya yox?
Əgər 125-ci maddə ilə cinayət işi açılmamışdırsa, bu artıq Zaur Həsənovu intihara vadar edən şəxslərin cinayət məsuliyyətindən yayındırılması deməkdir...



Hüquqşünas Aslan İsmayılov bildirdi ki, Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi hələ də açılmayıb!!!


    Yanvarın 1-də sualımızı cavablandıran Aslan İsmayılov Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işinin açılmadığını bildirdi. Əlavə olaraq həm də izah etdi ki, "Ailənin tələb etməsinə ehtiyac yoxdur. Cəmiyyət tələb etsə açarlar", yəni 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işinin açılması, yalnız mərhumun ailəsinin tələbi ilə yox, həm də cəmiyyətin tələbi ilə baş tuta bilər.
ą
1.jpg
(75k)
Aydın Məmmədov,
31 Ara 2013 01:25
ą
2.jpg
(93k)
Aydın Məmmədov,
31 Ara 2013 01:25
ą
3.jpg
(84k)
Aydın Məmmədov,
31 Ara 2013 01:25
ą
4.jpg
(105k)
Aydın Məmmədov,
31 Ara 2013 01:25
ą
5.jpg
(85k)
Aydın Məmmədov,
31 Ara 2013 01:26