Son əlavələr‎ > ‎

Şəkidəki İdman Sağlamlıq Mərkəzinin satılması üçün 12.09.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan hərrac doğrudanmı keçiriləcək?

8 Eyl 2017 07:53 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 26 Ara 2017 11:29 güncellendi ]
Əvvəlki yazıda göstərilmişdir ki, Şəki Gənclər İdman İdarəsinin İdman Sağlamlıq Mərkəzi hərraca çıxarılsa da burada işləyənlərin bundan xəbərləri yoxdur. İndi isə məlumat əldə etdik ki, nəzərdə tutulan hərraca 06.09.2017-ci il tarixdə sifariş qəbulu artıq başa çatmış, lakin hərracda iştirak etmək istəyən bəzi vətəndaşların hərracda iştirak etməsinə süni maneələrlə imkan verilməmişdir. Hətta bunlardan elələri də var ki, hərracda iştirak etməkdən imtina etsin deyə özünün və qohumlarının təhdidə məruz qaldığını iddia edir. 

Obyektin Murtuzov familiyalı bir şəxs tərəfindən alınacağı ehtimal edilir. O, isə həmin obyekti guya yüksək vəzifəli bir şəxsin adından almaq istədiyini bildirib. Əldə olunan məlumata görə Murtuzovdan başqa Hüseynbəyov familiyalı bir şəxs də hərracda iştirak etmək hüququ qazanıb. O, hərracda iştirak etmək üçün tələb olunan behi 05.09.2017 tarixdə Bakıdan elektron qaydada ödəyə bilmişdir. Şəkidən beh ödəmək istəyənlər isə onlara buna imkan verilmədiyini iddia edirlər.

Murtuzovdan başqa hərracda ikinci real alıcının peyda olması nəticəsində nəzərdə tutulan 12.09.2017-ci il tarixdə hərracın keçiriləcəyi şübhə altına düşmüşdür.

P.S. Hərrac doğrudan da keçirilmədi, hərracın keçirlilməsində iştirakı tələb olunan 2 vəzifəli şəxs "xəstələnib" və hərracda iştirak edə bilmir deyə.  Qaydalara görə hərrac 1 ay ərzində yenidən təşkil edilməlidir. Gözlənilir ki bu dəfə tam xəlvəti ediləcək, yaxud heç oilmayacaq, lakin müvafiq sənədlərdə göstərəcəklər ki guya nə vaxtsa olub.
Comments