Son əlavələr‎ > ‎

Bakı və Sumqayıtın enerji təminatındakı son məhdudiyyətlərin səbəbi isə Yevlaxda və Ağsuda baş verən yanğınlar imiş

12 Tem 2018 06:15 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 12 Tem 2018 07:44 güncellendi ]


Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

 

Bu barədə "APA-Economics"ə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.

 

Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. 

 

Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov APA-ya bildirib ki, enerji fasilə ilə bağlı Bakı metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası- "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının işində qısamüddətli fasilə yaransa da, artıq həmin stansiyalar da işini bərpa edib. 


Hadisə ilə bağlı Virtualaz.org-a eksklüziv müsahibə verən  “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev isə deyib ki, “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq. Hazırda yanğının aradan qaldırılması üzrə işlərin başa çatmasını gözləyirik”.